Zaxarova Zelenskinin mümkün istefasından danışıb
Ukrayna prezidenti Volodimir Zelenski Qərbin "kuklası" olduğu üçün könüllü olaraq istefa verə bilməz.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Borodin on Air" podkastında deyib.
"O, milyardlarla dollar dəyərində qlobal korrupsiya halqalarının ətrafında fırlandığı fiqurdur. Onu istədiyi yerə kim könüllü olaraq buraxardı?", - diplomat qeyd edib.
21:46 04.04.2026
Oxunuş sayı: 56