KİV: Dron hücumundan sonra ABŞ səfirliyinin bir hissəsi bərpa edilə bilməz
İranın hücumundan sonra Səudiyyə Ərəbistanındakı ABŞ səfirliyinin bir hissəsi bərpa edilə bilməz.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal2 qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Səudiyyə Ərəbistanındakı ABŞ səfirliyi martın 3-də İranın pilotsuz təyyarəsinin hücumu nəticəsində ciddi ziyan görüb, binanın bəzi hissələri isə təmir olunmaz vəziyyətdədir.
Onların sözlərinə görə, səfirliyin möhkəmləndirilmiş hissəsinə zərbə endirmək üçün iki drondan istifadə edilib. Üç mərtəbə zədələnib və səfirlikdəki Mərkəzi Kəşfiyyat İdarəsinin ofisi zədələnib.
"WSJ" mənbələrinin məlumatına görə, hücumdan sonra yanğını söndürmək yarım gün çəkib.
Rəsmilər qəzetə bildiriblər ki, hücum gecə, iş sahəsi boş olanda baş verib. Əks halda, çoxlu sayda insan itkisinə səbəb ola bilərdi.
19:57 04.04.2026
Oxunuş sayı: 50