Buşehr nüvə stansiyası yenidən hədəf alınıb
İrandan daxil olan məlumata əsasən, şənbə günü səhər Buşehr nüvə elektrik stansiyasına mərmi düşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) .
Qeyd olunub ki, bu, son həftələrdə nüvə obyektinin yaxınlığına qeydə alınan dördüncü belə hadisədir.
AEBA-nın açıqlamasına görə, insident nəticəsində stansiyanın fiziki mühafizə bölməsinin bir əməkdaşı qəlpə yarası alaraq həlak olub.
Eyni zamanda kompleksin binalarından birinə partlayış dalğası nəticəsində ziyan dəyib.
AEBA-nın baş direktoru Rafael Qrossi nüvə obyektlərinə və onların ətrafına hücumların yolverilməz olduğunu vurğulayaraq dərin narahatlığını ifadə edib.
O bildirib ki, bu cür hücumlar təhlükəsizlik baxımından risklidir, çünki köməkçi binalarda nüvə təhlükəsizliyi üçün vacib avadanlıq yerləşə bilər.
19:51 04.04.2026
Oxunuş sayı: 64