Simonyan: Azərbaycan və Ermənistan bir-birinin təminatçısıdır
Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsinin təhlükəsizliyi ilə bağlı diqqətçəkən açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, Ermənistanın təhlükəsizliyinin əsas təminatçısı Azerbaycandır.
Simonyan əlavə edib ki, eyni zamanda Azərbaycanın təhlükəsizliyinin ən böyük təminatçısı da Ermənistandır.ə
Onun sözlərinə görə, dünyanın hər yerində yeni, davam edən və dərinləşən müharibələr baş verərkən, Ermənistan və Azərbaycan indi gücləndirməli olduğumuz bir nöqtəyə çatıblar.
"Bir çox qüvvələr Azərbaycan və Ermənistanı ən azından bir-birinə qarşı müharibəyə cəlb etmək istəyirlər. Bu, açıq-aydın görünür. Çünki onlar bizim vasitəmizlə dominantlıq etmək istəyirlər. Biz iki xalq və dövlət buna imkan verməməliyik."-deyə Simonyan vurğulayıb.
19:45 04.04.2026
Oxunuş sayı: 56