Wing Loong-2 pilotsuz təyyarəsinin qalıqları aşkar edilib
Buşehr sahillərində balıqçılar böyük pilotsuz uçuş aparatına aid olduğu ehtimal edilən qanad hissəsi aşkar ediblər.
İlkin mərhələdə qalıqların MQ-9 Reaper tipli drona aid olduğu düşünülsə də, daha sonra aparılan təhlillər nəticəsində onun "Wing Loong II" pilotsuz uçuş aparatına məxsus olduğu müəyyən edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Mütəxəssislərin bildirdiyinə görə, qanadın altında yerləşən dirəklər dronun müxtəlif növ hava bombaları ilə silahlandırıldığını göstərir və onun zərbə məqsədilə istifadə edildiyini ehtimal etməyə əsas verir.
Əvvəllər bu tip pilotsuz aparatların ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən istifadə edildiyi bildirilirdi.
Hadisə ilə bağlı qeyd olunur ki, bu günə qədər ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən iki belə dronun vurulduğu iddia edilir.
18:12 04.04.2026
Oxunuş sayı: 49