Pentaqonda gərginlik: Heqset istefa qorxusu ilə kadr dəyişikliklərinə başlayıb
ABŞ Müharibə Naziri Pit Heqsetin tezliklə vəzifəsini itirəcəyindən ehtiyat etdiyi və bu səbəbdən Pentaqon daxilində yüksək vəzifəli məmurlara qarşı “təmizləmə” apardığı iddia olunur.
Crossmedia.az bu barədə "The New York Post" ə istinadən xəbər verir.
Heqsetin ABŞ Ordusunun Baş Qərargah rəisi Rendi Corcun istefasını tələb etməsi də bu narahatlıqlarla əlaqələndirilir.
İddialara əsasən, Heqset onun yerinə Ordu Naziri Den Driskolun gətiriləcəyindən ehtiyat edir. Bildirilir ki, Rendi Corc Driskolun yaxın çevrəsinə daxildir və Ağ Evin məhdudiyyətlərinə görə Heqset Driskolu birbaşa vəzifədən uzaqlaşdıra bilmir.
Məsələ ilə bağlı rəsmi təsdiq verilməsə də, xəbərlər Pentaqonda daxili gərginliyin artdığına işarə edir.
16:10 04.04.2026
Oxunuş sayı: 44