ABŞ-yə məxsus MQ-1 Predator PUA-sı İsfahan üzərində vurulub
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İsfahan əyaləti üzərində ABŞ istehsalı olan MQ-1 Predator pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, pilotsuz aparat İranın hava məkanına daxil olduqdan sonra hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanaraq məhv edilib.
Hadisə ilə bağlı hələlik ABŞ tərəfindən rəsmi açıqlama verilməyib.
14:55 04.04.2026
Oxunuş sayı: 726