ABŞ İrana xüsusi təyinatlılar göndərdi
ABŞ, vurulan F-15E Strike Eagle qırıcı təyyarəsinin ikinci pilotunu tapmaq üçün İrana xüsusi təyinatlı qüvvələr göndərib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, əməliyyatın məqsədi qəzaya uğrayan təyyarənin ekipaj üzvünü tapmaq və təhlükəsiz şəkildə ərazidən çıxarmaqdır.
Məlumata görə, pilotun taleyi ilə bağlı rəsmi açıqlama verilməsə də, axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi qeyd olunur.
Hadisənin detalları və əməliyyatın miqyası ilə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.
14:06 04.04.2026
Oxunuş sayı: 6175