Hörmüz boğazı ilə bağlı Trampdan diqqətçəkən açıqlama
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı diqqətçəkən açıqlama verib.
Crossmedia.az xəbər verir ki, o bu barədə "Truth" sosial platformasında paylaşım edib.
Tramp bildirib ki, ABŞ-yə bir qədər daha çox vaxt verilsə, boğazı asanlıqla aça, neft axınına nəzarət edə və bundan iqtisadi fayda əldə edə bilər.
Prezident əlavə edib ki, belə bir ssenari bütün dünya üçün əsl neft dəhlizi yarada bilər.
21:37 03.04.2026
Oxunuş sayı: 45