Amerikalı pilotun axtarışına silahlı qəbilələr qoşuldu
ABŞ-yə məxsus qırıcı təyyarənin vurulmasından sonra pilotun axtarışına yerli qəbilələr də qoşulub.
Crossmedia.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, İranın cənub-qərbində yerləşən Kohgiluyə və Boyer-Əhməd əyalətində silahlı qəbilələr və yerli sakinlər pilotun tapılması üçün aparılan axtarışlara cəlb olunublar.
Bəzi mənbələr pilotun tapılma ehtimalının yüksək olduğunu qeyd edir. Bildirilir ki, qəbilə üzvləri bölgənin çətin dağlıq relyefinə yaxşı bələd olduqları üçün axtarış əməliyyatında xüsusi rol oynaya bilərlər.
Eyni zamanda, İranın dövlət televiziyası amerikalı pilotun və ya pilotların tapılmasına görə mükafat da təklif edib.
18:55 03.04.2026
Oxunuş sayı: 38