Əraqçı ABŞ-ni ittiham etdi: Nüfuz bərpa olunmayacaq
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-ni Kərəcdə yerləşən və “Yaxın Şərqin ən hündür körpüsü” kimi təqdim olunan B1 körpüsünə zərbə endirməkdə ittiham edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir bu barədə “X” sosial şəbəkəsində paylaşım edərək bildirib ki, mülki tikililərə edilən hücumlar İran xalqını geri çəkilməyə və ya təslim olmağa məcbur etməyəcək.
Əraqçı qeyd edib ki, yarımçıq qalmış körpülər də daxil olmaqla mülki obyektlərin vurulması əksinə, qarşı tərəfin zəifliyinin göstəricisidir. Onun sözlərinə görə, bu cür addımlar dağınıq vəziyyətdə olan düşmənin məğlubiyyətini və mənəvi çöküşünü ifadə edir.
Nazir vurğulayıb ki, zərər görən bütün infrastrukturlar, o cümlədən körpülər və binalar yenidən, daha möhkəm şəkildə inşa olunacaq.
“Bərpa olunmayacaq yeganə şey Amerikanın nüfuzuna dəyən ziyandır”, – deyə Abbas Əraqçı əlavə edib.
15:55 03.04.2026
Oxunuş sayı: 52