Cahangir Həsənzadə işdən çıxarıldı
Azərbaycan millisinin sabiq qapıçısı Cahangir Həsənzadə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) texniki direktor vəzifəsindən azad edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev məlumat verib.
O bildirib ki, bu gün Cahangir Həsənzadənin son iş günüdür və yaxın vaxtlarda yeni təyinat reallaşacaq.
Qeyd edək ki, Cahangir Həsənzadə 2020-ci ildən AFFA-nın texniki direktoru vəzifəsini icra edirdi.(Oxu.az)
12:53 03.04.2026
Oxunuş sayı: 47