ABŞ 50 ildən sonra Aya ilk insan missiyasını həyata keçirdi
NASA Floridadakı Cape Canaveral Hərbi Hava Qüvvələri Stansiyasından Orion kosmik gəmisini daşıyan SLS super ağır raketini uğurla kosmosa çıxarıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Artemida II missiyasının bir hissəsi olaraq, ekipaj on gün ərzində Ay ətrafında uçacaq. NASA administratoru Jared Isaacman bildirib ki, bu, insanların ən uzun kosmosa uçuşu olacaq.
Ekipajda astronavtlar Rid Vizman, Viktor Glover, Kristina Kox və Ceremi Hansen (Kanada Kosmik Agentliyi) iştirak edir.
Qeyd edək ki, bu, 1973-cü ildən bəri insan tərəfindən Aya ilk uçuşdur.
18:50 02.04.2026
Oxunuş sayı: 39