ABŞ və İsrailin Tehran hücumunda Kamal Xərrazi ağır yaralanıb, həyat yoldaşı ölüb
Bu gün İranın paytaxtı Tehran ABŞ və İsrail qüvvələrinin həyata keçirdiyi hava hücumlarının hədəfi olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. İranın Xarici Əlaqələr üzrə Strateji Şuranın rəhbəri və sabiq xarici işlər naziri Kamal Xərrazi ağır yaralanıb.
Məlumata görə, Xərrazinin Tehrandakı iqamətgahı hücum zamanı vurulub. Hadisə nəticəsində onun həyat yoldaşı ölüb, özü isə hazırda xəstəxanadadır.
İslam İnqilabi Keşikçilər Korpusu (SEPAH) hadisəni təsdiqləyib və əlavə açıqlamaların yaxın saatlarda veriləcəyini bildirib.
Hücum Tehran daxil olmaqla bölgədə gərginliyi artıran yeni qarşıdurmanın fonunda baş verib.
13:17 02.04.2026
Oxunuş sayı: 46