Dmitriyev: Avropa rəsmiləri səhvlərini düzəltmək üçün bir sıra addımlar atmalıdır
Rusiya Prezidentinin xarici investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Böyük Britaniya və Avropa ölkələrinin rəsmilərinə çağırış edərək, mövcud vəziyyəti düzəltmək üçün atılmalı addımları sadalayıb.
Crossmedia.az xəbər verir ki, o, sosial şəbəkə platforması X (Twitter) üzərindən paylaşımında bildirib ki, Avropa tərəfi ilk növbədə “günahını etiraf etməli”, gərginliyi azaltmalı və “Şimal axını–2” layihəsini öz hesabına bərpa etməlidir.
Dmitriyev həmçinin qeyd edib ki, Avropa ölkələri daha sonra Rusiya mənşəli əlçatan və etibarlı enerji və xammal resurslarına – neft, qaz, gübrə, helium və digər strateji məhsullara çıxış əldə etmək üçün növbəyə durmalıdır.
Onun sözlərinə görə, bu addımlar mövcud iqtisadi və geosiyasi problemlərin aradan qaldırılması baxımından vacibdir.
09:38 02.04.2026
Oxunuş sayı: 46