Pezeşkian ABŞ xalqına müraciət edib: Biz sizin düşməniniz deyilik
İran Prezidenti Məsud Pezeşkian ABŞ vətəndaşlarına ünvanladığı müraciətdə İran xalqının digər millətlərə qarşı düşmən münasibəti olmadığını bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Pezeşkian qeyd edib ki, İran xalqı tarix boyu xarici hökumətlərin təzyiq və müdaxilələri ilə üzləşsə də, həmin ölkələrin hakimiyyətləri ilə xalqları arasında fərq qoymağı bacarıb. Onun sözlərinə görə, iranlılar heç vaxt Amerika, Avropa və qonşu ölkələrin xalqlarına qarşı düşmənçilik hissi bəsləməyib. Müraciətdə amerikalılara siyasi ritorikadan kənara çıxaraq İranın keçmişini, bu gününü və gələcək hədəflərini yenidən dəyərləndirmək çağırışı yer alıb.
Bildirilib ki, ölkənin gələcəyi qarşıdurma deyil, həqiqət, ləyaqət və qarşılıqlı anlaşma prinsipləri üzərində qurulmalıdır.
09:37 02.04.2026
Oxunuş sayı: 42