Pezeşkian: Dünya qarşıdurma ilə əməkdaşlıq arasında seçim qarşısındadır
İran Prezidenti Məsud Pezeşkian xalqa müraciətində ölkəsinin mövqeyi və qlobal proseslərlə bağlı açıqlamalar verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Prezident bildirib ki, İran insanlıq tarixinin ən qədim sivilizasiyalarından biridir və müasir dövrdə heç vaxt müharibə başlatmayıb, başqa ölkələri işğal etməyib və ya koloniya siyasəti aparmayıb. O vurğulayıb ki, Tehran heç bir dövlətə qarşı təcavüzkar siyasət yürütməyib.
Pezeşkian qeyd edib ki, İran xalqı heç bir millətə, o cümlədən Amerika xalqına qarşı düşmənçilik hissi daşımır və rəsmi Tehran hökumətlə xalqları bir-birindən ayırır.
Dövlət başçısı ABŞ-ın regiondakı hərbi mövcudluğuna da toxunaraq bildirib ki, Vaşinqton İran ətrafında çoxsaylı qüvvə, hərbi baza və imkanlarını cəmləşdirib.
Onun sözlərinə görə, İranın atdığı addımlar qanuni özünümüdafiəyə əsaslanan ölçülü cavablardır və heç bir halda müharibə və ya təcavüz başlatmaq məqsədi daşımır.
Prezident əlavə edib ki, dünya hazırda mühüm yolayrıcındadır və qarşıdurma yolunun davamı getdikcə daha baha və nəticəsiz olur. O vurğulayıb ki, qarşıdurma ilə əməkdaşlıq arasında seçim gələcək nəsillərin taleyinə birbaşa təsir edəcək.
09:43 02.04.2026
Oxunuş sayı: 37