İraq neftini Suriya vasitəsilə ixrac etməyə başlayıb
İraq neftini Suriya vasitəsilə ixrac etməyə başlayıb.
Crossmedia.az xəbər verir ki, Dəməşqlə bağlanan razılaşmalara əsasən, İraqdan T2 keçid məntəqəsindən Suriyanın Baniyas limanına qədər dəhliz açılıb. Artıq bu marşrut üzrə 300 tanker yük maşını hərəkət edib.
Eyni zamanda, İraqın Türkiyənin Ceyhan limanına tam işlək vəziyyətdə olan neft kəməri var, lakin Ankara, Ərbil və Bağdad arasında maraqların toqquşması səbəbindən bu kəmər işləmir. Bağdad kürd regional idarəetməsi tərəfindən təşkil edilən əvvəlki daşımaların bəzilərini qanunsuz hesab edir və Ankara və Ərbildən kompensasiya tələb edir.
08:55 02.04.2026
Oxunuş sayı: 47