Xocavənd şəhərinə daha 64 ailə yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Crossmedia.az Report-a istinadən xəbər verir ki, bu gün Xocavənd şəhərinə daha 64 ailənin (253 nəfər) qayıdışı təmin olunub.
Qeyd edək ki, bununla Xocavəndə köçürülən ailələrin sayı 201-ə (762 nəfər) çatıb. Onlar həm çoxmənzilli binalarda, həm də yenidən bərpa olunmuş evlərində məskunlaşıblar.
12:30 31.03.2026
Oxunuş sayı: 55