Biz Rasimi öldürürdük, o isə sənəti ilə əbədiyyət qazanırdı - Anar
"Biz Rasimi həmişə ssenarilərdə öldürürdük, amma o canlandırdığı obrazlarla əbədi yaşam verirdi"
Crossmedia.az xəbər verir ki, bu fikri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı binasında təşkil olunan vida mərasimi zamanı Azərbaycan Yazıçılar Birliyinin sədri Anar səsləndirib.
O, Rasim Balayevin qəlblərdə əbədi yaşayacağını qeyd edib.
Qeyd edək ki, mərhumun nəşi ötən gecə vətənə gətirilib. Vida mərasimindən sonra Rasim Balayev Birinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Xalq artisti Rasim Balayev Azərbaycan kino və teatr sənətində yaratdığı unudulmaz obrazlarla yaddaşlarda əbədi yaşayacaq.
Elmir Heydərli
13:22 30.03.2026
Oxunuş sayı: 57