Xalq artisti Rasim Balayev ilə vida mərasimi keçirilir
Azərbaycan mədəniyyətinə dərin iz qoymuş Xalq artisti Rasim Balayev ilə vida mərasimi bu gün keçirilir.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı binasında təşkil olunan vida mərasimində sənətkarın ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri onunla son dəfə vidalaşmaq üçün teatra toplaşıblar.
Qeyd edək ki, mərhumun nəşi ötən gecə Vətənə gətirilib. Vida mərasimindən sonra Rasim Balayev Birinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Xalq artisti Rasim Balayev Azərbaycan kino və teatr sənətində yaratdığı unudulmaz obrazlarla yaddaşlarda əbədi yaşayacaq.
Elmir Heydərli
11:47 30.03.2026
Oxunuş sayı: 73