ABŞ-nin İraqda yeni zərbəsi: Hərbi hissə hədəf alınıb
ABŞ İraqın Anbar əyalətindəki "Habbaniyyə" hərbi hissəsinə hücum edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, zərbələr nəticəsində tibb məntəqəsi və bir sıra digər binalar dağılıb. Hücum zamanı 7 hərbçi həlak olub, 20-dən çoxu isə yaralanıb.
Ölənlərin ABŞ Silahlı Qüvvələrinin əsas hədəfi olan "Həşd əş-Şabi" qruplaşmasının üzvləri deyil, İraqın müntəzəm ordusunun hərbçiləri olduğu bildirilir.
İraq Müdafiə Nazirliyi buna cavab tədbirləri görəcəyini vəd edib, zərərçəkən hərbçilər isə amerikalılardan qisas alacaqlarına and içiblər.
Diqqətçəkən məqam odur ki, 2016-cı ildə Amerika və İraq qoşunları İŞİD yaraqlılarına qarşı mübarizədə bu hərbi hissədən birgə istifadə ediblər.
Buna görə də, İraqın müdafiə qurumu hesab edir ki, ABŞ Silahlı Qüvvələri obyektdə yalnız müntəzəm ordu hərbçilərinin olduğunu bilməyə bilməzdi.
19:23 28.03.2026
Oxunuş sayı: 404