Ukraynada dizel çatışmazlığı riski: Zelenski açıqlama verdi
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə ciddi yanacaq problemi yarana biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. O bildirib ki, mövcud vəziyyət davam edərsə, Ukraynada dizel yanacağı üzrə çatışmazlıq 90 faizə çata bilər.
Prezidentin sözlərinə görə, bu vəziyyət əsasən enerji infrastrukturuna zərbələr və logistika problemləri ilə bağlıdır. Dizel yanacağı xüsusilə hərbi texnika, kənd təsərrüfatı və nəqliyyat sahələri üçün kritik əhəmiyyət daşıyır.
Rəsmi Kiyev problemin aradan qaldırılması üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməyi planlaşdırır.
17:50 28.03.2026
Oxunuş sayı: 52