Vens: ABŞ İranla bağlı qarşıya qoyduğu məqsədlərin əksəriyyətinə nail olub
Vaşinqton hərbi əməliyyatlar çərçivəsində qarşıya qoyulan məqsədlərin böyük əksəriyyətinə nail olub.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens deyib.
Onun sözlərinə görə, mübahisəsiz şəkildə demək olar ki, bütün hədəflər yerinə yetirilib.
Vens əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp əməliyyatların müəyyən müddət daha davam etdirilməsini planlaşdırır.
Məqsəd isə əldə olunan nəticələrin uzunmüddətli olmasını təmin etmək və oxşar vəziyyətlərin təkrarlanmasının qarşısını almaqdır.
21:55 28.03.2026
Oxunuş sayı: 38