Rusiyalı siyasətçi: ABŞ ilə Avropa arasında münasibətlərin pisləşməsi qaçılmaz idi
Ağ Evlə hazırkı Avropa liderləri arasında münasibətlərin pisləşməsi qaçılmaz idi.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin rəhbəri və Rusiya Liberal Demokrat Partiyasının lideri Leonid Slutski TASS-a bildirib.
"Tramp administrasiyası ilə hazırkı Brüssel bürokratiyası arasında münasibətlərdə böhran qaçılmaz idi. Avropa diplomatiyasının rəhbəri Kaya Kallas, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Keyr Starmer və başqaları bu və ya digər şəkildə Baydenin yanaşmasının tərəfdarları idilər və rusofobiya ritorikası bayrağı altında hakimiyyətə gəldilər. ABŞ-nin Ukrayna nizamlanması ilə bağlı danışıqlara doğru yönəlməsi onlar üçün şok oldu və onlar hələ də tam olaraq bundan qurtula bilməyiblər", - deyə siyasətçi bildirib.
O, qeyd edib ki, Brüssel Vaşinqtondan asılılığı, Rusiya əleyhinə mövqeyi və Kiyev rejiminə davamlı dəstəyi səbəbindən yaranan ziddiyyətlər dolaşıqlığını həll edə bilmir.
Slutski , həmçinin qeyd edib ki, Avropa siyasətçiləri Ukraynada sülh istəmirlər, çünki münaqişənin sona çatması onların öz vətəndaşlarına qarşı dağıdıcı siyasətlərini ifşa edəcək.
"Buna görə də onlar danışıqlar masasında yer tələb edirlər, amma öz sədrləri ilə. Və hazırkı vəziyyətdə bu, heç bir real nəticəyə gətirib çıxarmayacaq. Əksinə, zərər verəcək", - deyə parlamentari yekunlaşdırıb.
18:46 28.03.2026
Oxunuş sayı: 57