Deputat: ABŞ Ukraynanın Fars körfəzi ölkələrinə silah tədarük etməsinə qarşıdır
ABŞ Ukraynanın Fars körfəzi ölkələrinə silah tədarük etməsinə qarşıdır.
Crosssmedia.az xəbər verir ki, bunu Ukrayna Ali Radanın Milli Təhlükəsizlik Komitəsinin üzvü Serqey Raxmanin deyib.
Onun sözlərinə görə, məsələ təkcə silahlarla məhdudlaşmır, həm də hava hədəflərinə, xüsusilə pilotsuz uçuş aparatlarına qarşı mübarizə üçün nəzərdə tutulan sistemləri əhatə edir.
Deputat qeyd edib ki, Vaşinqton bu texnologiyaların Ukraynadan birbaşa ixracında maraqlı deyil və onların ABŞ tərəfindən alınaraq sonradan ixrac edilməsinə üstünlük verir.
20:46 28.03.2026
Oxunuş sayı: 57