Zelenski: Ukrayna ordusu başqa müharibələrdə iştirak etməyəcək
Ukrayna ordusu başqa müharibələrdə iştirak etməyəcək.
Crossmedia.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Prezident Səudiyyə Ərəbistanı ilə razılaşmanın təlim, təcrübə mübadiləsi, istehsal və investisiya ilə bağlı olduğunu açıqlayıb:
"Ordumuza gəldikdə isə, bu gün onların başqa bir müharibədə iştirakını müzakirə etmirik. Öz müharibəmiz kifayətdir... Təcrübə və bilik mübadiləsi başqa məsələdir."
Zelenski ,həmçinin Yaxın Şərq ölkələrinin mütəxəssislərin hazırda gördüyü işə - vacib obyektlərin qorunmasına kömək etdiyinə görə Ukraynaya çox minnətdar olduqlarını da açıqlayıb.
19:08 28.03.2026
Oxunuş sayı: 50