Putin: Donbas tam ələ keçirilənə qədər müharibə davam edəcək
Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibə ilə bağlı iş adamları ilə keçirdiyi görüşdə Moskvanın planlarına aydınlıq gətirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Bildirilib ki, Rusiya Donetsk və Luqansk vilayətlərinin bütün ərazisini nəzarətə götürənə qədər hərbi əməliyyatları davam etdirmək niyyətindədir.
Məlumata görə, bu mövqe Ukraynanın Donetsk bölgəsindən qoşunlarını çıxarmaqdan imtina etməsi ilə əlaqələndirilib. Mənbələr qeyd edir ki, Kreml Donbas tam nəzarətə keçdikdən sonra ABŞ-nin vasitəçiliyi ilə demilitarizasiya edilmiş və ya xüsusi iqtisadi zona yaradılması təklifinə açıq ola bilər. Lakin Kiyev Donetsk bölgəsinin təhvil verilməsini “qırmızı xətt” adlandırır.
14:40 27.03.2026
Oxunuş sayı: 1970