Tramp: İran ABŞ-yə neft tankerləri ilə “xoşməramlı jest” etdi
ABŞ Prezidenti Donald Tramp İranın danışıqlarda ciddiliyini göstərmək üçün Vaşinqtona xoşməramlı jest etdiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, İran tərəfindən Hörmüz boğazı üzərindən keçən əvvəlcə səkkiz, daha sonra isə on neft tankerinin təklif edilməsi bu jestin əsas göstəricisidir.
Tramp bu addımı hədiyyə kimi qiymətləndirib və qeyd edib ki, davam edən gərginliyə baxmayaraq, tərəflər arasında diplomatik həll imkanları hələ də mövcuddur.
12:00 27.03.2026
Oxunuş sayı: 42