iPhone istifadəçilərinin NƏZƏRİNƏ: Bu problem ARADAN QALDIRILIR
"Apple" şirkəti iPhone istifadəçilərinin uzun müddətdir şikayət etdiyi klaviatura probleminin həlli üçün addım atıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Hürriyyet" məlumat yayıb.
Belə ki, şirkət iOS 26.4 yeniləməsinin son versiyasını test istifadəçiləri üçün təqdim edib.
Məlumata görə, yenilənmə xüsusilə sürətli yazı zamanı klaviaturanın daha dəqiq işləməsini təmin edəcək.
İstifadəçilər bildirirdilər ki, bəzən düyməyə basdıqları halda hərf yazıya əlavə olunmur, bu da avtomatik düzəltmədə səhvlərə səbəb olurdu.
Problem əsasən sürətli yazan istifadəçilərdə daha çox müşahidə edilirdi. "Apple" artıq bu çatışmazlığın aradan qaldırıldığını açıqlayıb.
Qeyd olunub ki, yeniləmənin tam versiyası yaxın günlərdə bütün istifadəçilər üçün əlçatan olacaq. Yeni sistemin klaviatura istifadəsini daha rahat edəcəyi gözlənilir.
Fatimə
23:25 26.03.2026
Oxunuş sayı: 65