“Cəhənnəm Planet”i kəşf edildi: 1.500 dərəcəyə qızan lava
Oxford Universitetindən olan alimlər səthi tamamilə ərimiş lavla örtülmüş və atmosferi çürük yumurta qoxusu verən qazlarla dolu yeni bir planet növü kəşf ediblər. “L 98–59 d” adlanan bu planetin səthi təxminən 1 500 dərəcəyə qədər qızan lavlardan ibarətdir.
Crossmedia.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Alimlər bildirirlər ki, planetin ən diqqətçəkici xüsusiyyəti onun dərinliklərində yerləşən nəhəng maqma okeanıdır. Bu davamlı lav dənizi planetin daxili qatlarında böyük miqdarda kükürdün toplanmasına səbəb olur.
Planetin atmosferi yoğun şəkildə hidrogen sulfid qazı ehtiva edir ki, bu qaz Yer üzündə çürük yumurta qoxusu ilə tanınır. Bu səbəbdən alimlər planetin çox kəskin və narahat edici qoxuya malik olduğunu qeyd edirlər.
Oxford Universitetinin tədqiqatçıları Ceyms Vebb Kosmos Teleskopu və yerüstü müşahidə mərkəzlərindən əldə olunan məlumatlar əsasında planeti araşdırıblar. Analizlər göstərib ki, planetin sıxlığı ölçüsünə görə nisbətən aşağıdır.
Qeyd edək ki, əvvəllər bu tip planetlərin ya hidrogen atmosferinə malik qayalı “qaz cücəsi”, ya da su və buzdan ibarət dünya olduğu düşünülürdü. Lakin yeni kəşf “L 98–59 d”nin tamamilə fərqli bir kateqoriyaya aid olduğunu göstərir. Alimlər bildirirlər ki, bu planet, səthinin minlərlə kilometr dərinliyinə qədər uzanan magma okeanına sahib yeni bir planet sinfini təmsil edir.
Fatimə
18:30 26.03.2026
Oxunuş sayı: 211