İran Xarq adasında müdafiəni gücləndirir
ABŞ kəşfiyyat mənbələrinə istinadən yaydığı məlumata görə, İran mümkün hərbi ssenarilərə qarşı hazırlıqlarını artırır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, İran Xarq adası ərazisinə əlavə hərbi personal və hava hücumundan müdafiə sistemləri yerləşdirir.
Məlumata əsasən, adanın ətrafında və sahil xətti boyunca ABŞ qüvvələrinin potensial eniş edə biləcəyi zonalarda piyada və tank əleyhinə minalar quraşdırılıb.
Qeyd olunur ki, bu addımlar mümkün quru əməliyyatına qarşı qabaqlayıcı müdafiə tədbiri kimi qiymətləndirilir.
17:50 26.03.2026
Oxunuş sayı: 38