KİV: Tramp İranla müharibəni yaxın həftələrdə bitirmək istəyir
ABŞ Prezidenti Donald Tramp İranla uzunmüddətli hərbi qarşıdurmada maraqlı deyil və əməliyyatların yaxın həftələrdə dayandırılmasını planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Mənbənin bildirdiyinə əsasən, Tramp müşavirlərinə münaqişənin artıq son mərhələyə daxil olduğunu düşündüyünü deyib və onlardan 4–6 həftəlik plan əsasında hərəkət etməyi istəyib.
Hesabatda həmçinin qeyd olunur ki, Ağ Evin Çinlə may ayının ortalarına planlaşdırdığı sammit də bu zaman çərçivəsinə uyğunlaşdırılıb.
Bununla yanaşı, ABŞ prezidenti daha əvvəl mediada anonim mənbələrə istinadən yayılan məlumatları dəfələrlə təkzib edərək onları yalan və saxta adlandırıb.
13:30 26.03.2026
Oxunuş sayı: 47