İran ABŞ-nin danışıqlar təklifini rədd edib
İran ABŞ-nin vasitəçilər üzərindən təqdim etdiyi danışıqlar təklifini rədd edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Rəsmi Tehran bu təklifləri aldadıcı və reallıqdan uzaq”kimi qiymətləndirib.
Məlumata görə, İran hesab edir ki, ABŞ əvvəlki danışıqlardan – 2025-ci ilin yazı və 2026-cı ilin qışında keçirilən görüşlərdən – vaxt qazanmaq və mümkün hərbi əməliyyatlara hazırlaşmaq məqsədilə istifadə edib.
Tehran bəyan edib ki, müharibənin dayandırılması yalnız 5 əsas şərtin yerinə yetirilməsi ilə mümkündür:
Hücumların dayandırılması: Qarşı tərəf tərəfindən bütün hərbi əməliyyatlara və sui-qəsd cəhdlərinə son qoyulmalıdır.
Təhlükəsizlik zəmanəti: Müharibənin təkrarlanmayacağına dair real və obyektiv təminatlar verilməlidir.
Müharibə təzminatı: Dəymiş ziyanın ödənilməsi və məsələnin tam həlli təmin edilməlidir.
Regional atəşkəs: Yalnız İran deyil, regiondakı bütün tərəflər və proksi qüvvələr üzrə eyni vaxtda atəşkəs qüvvəyə minməlidir.
Hörmüz boğazı üzərində suverenlik: İranın Hörmüz boğazı üzərində hüquqları tanınmalıdır.
Rəsmi Tehran əlavə edib ki, müharibənin nə vaxt bitəcəyinə ABŞ Prezidenti Donald Tramp deyil, İran özü qərar verəcək. Ölkə rəhbərliyi bu prosesdə tələsmədiyini və uzunmüddətli müdafiəyə hazır olduğunu vurğulayıb.
10:50 26.03.2026
Oxunuş sayı: 62