İran Livanın atəşkəs razılaşmasına daxil edilməsini tələb edir
İran Livanın ABŞ və İsrail ilə mümkün atəşkəs razılaşmasına daxil edilməsini tələb edir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata əsasən, Tehran vasitəçilərlə apardığı müzakirələrdə bu məsələni prioritet kimi irəli sürüb. Mənbələr bildirir ki, İran Livanın təhlükəsizliyini əsas məsələ hesab edir və 2024-cü ildə İsrail ilə əldə olunmuş atəşkəsdən sonra baş verən pozuntuların təkrarlanmasına imkan vermək istəmir.
Qeyd olunur ki, İranın bu tələbi, atəşkəs razılaşması qüvvədə olsa belə, İsrailin Livana qarşı hücumlarının davam etməsi ilə bağlı narahatlıqlardan irəli gəlir.
11:50 26.03.2026
Oxunuş sayı: 60