Tramp Netanyahuya mane oldu: İranda etiraz çağırışı planı dayandırıldı
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən irəli sürülən planın qarşısını alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Məlumata görə, Netanyahu ötən həftə İran xalqına müraciət edərək onları hökumətə qarşı etiraz aksiyaları üçün küçələrə çıxmağa çağırmaq istəyib.
Lakin ABŞ rəsmiləri və İsrail mənbələrinin bildirdiyinə görə, Tramp bu ideyanı həddindən artıq riskli hesab edərək dəstəkləməyib. Telefon danışığı zamanı o, belə deyib:
“Cəhənnəm olsun, biz niyə insanlara küçələrə çıxmağı deməliyik ki, sonra da onları sadəcə güllələsinlər?”
09:24 26.03.2026
Oxunuş sayı: 61