SEPAH-ın yüksək rütbəli komandirləri öldürülüb
SEPAH-ın bir sıra yüksək rütbəli komandirləri öldürülüb.
Crossmedia.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata əsasən, SEPAH-ın Dəniz Qüvvələrinin Birinci Bölgə komandiri Müseyib Bəxtiyari, Kerman əyalətində Sarəllah qərargahının komandiri Əmir Məhəmmədi, Zəncan şəhərinin Bəsic komandiri Əmirhüseyn Əsədullahniya, SEPAH-ın Aerokosmik Qüvvələrinin komandiri mayor Vəhid Babayi və daha bir neçə məsul şəxsin ABŞ və İsrail tərəfindən həyata keçirildiyi iddia olunan zərbələr nəticəsində həlak olduğu bildirilir.
Bu, SEPAH rəhbərliyinə qarşı davam edən silsilə əməliyyatların tərkib hissəsi kimi qiymətləndirilir.
21:32 25.03.2026
Oxunuş sayı: 64