Konor Makqreqor yenidən rinqə dönəcəyini açıqladı
İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor antidopinq qaydalarını pozduğuna görə aldığı diskvalifikasiyadan sonra idmana qayıtdığını açıqlayıb.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, iki çəki dərəcəsində UFC çempionu olmuş idmançı bu barədə Instagram sosial şəbəkəsində paylaşım edib və geri dönüşünü təsdiqləyib.
O, paylaşımında “Şayiələr təsdiqləndi! Cənab Özünəinam geri qayıdır ki, döyüşü yenidən xilas etsin!” sözlərini yazıb.
37 yaşlı döyüşçünün qarışıq döyüş növlərində 22 qələbəsi və 6 məğlubiyyəti var. O, daha əvvəl UFC təşkilatının yarımyüngül və yüngül çəki dərəcələrində çempionluq kəmərlərinə sahib olub.
2024-cü ildə isə idmançı üç dəfə dopinq nəzarəti proseduruna qatılmayıb. Bu, qayda pozuntusu kimi qiymətləndirilib və nəticədə o, 18 ay müddətinə – 20 mart 2026-cı ilədək diskvalifikasiya olunub.
Qeyd edək ki, belə hallarda standart diskvalifikasiya müddəti iki il olsa da, müəyyən yüngülləşdirici hallar nəzərə alınaraq Makqreqorun cəzası azaldılıb.
Nabat Fərzəliyeva
21:11 25.03.2026
Oxunuş sayı: 93