İranın iki rəsmisinə müvəqqəti toxunulmazlıq verilib
İsrail və ABŞ İranın xarici işlər naziri Abbas Əraqçı və parlament sədri Məhəmməd Bağir Qalibafa müvəqqəti təhlükəsizlik zəmanəti veriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrailin “Channel 14” telekanalı məlumat yayıb.
Bildirilib ki, potensial hücumlara qarşı müvəqqəti toxunulmazlıq ən azı beş gün müddətində qüvvədə olacaq.
Qeyd olunur ki, bu tədbir İran rəhbərliyinin nümayəndələri ilə birbaşa və ya dolayı danışıqları asanlaşdırmaq üçün görülüb.
Hələlik bu məlumatın ABŞ, İsrail və ya İran hakimiyyəti tərəfindən rəsmi təsdiqi yoxdur.
20:18 25.03.2026
Oxunuş sayı: 193