Mirzoyan: Ermənistan Bakı ilə qarşılıqlı faydalı sistem qurmaq istəyir
Hazırkı gərgin regional mühitdə Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O, vurğulayıb ki, sülh hər iki tərəf üçün faydalı olduğu müddətcə qorunub saxlanıla bilər.
Onun sözlərinə görə, İrəvanın məqsədi uzunmüddətli sülhün qorunmasına töhfə verəcək Bakı ilə qarşılıqlı faydalı əməkdaşlıq sistemi yaratmaqdır.
19:40 25.03.2026
Oxunuş sayı: 63