İran XİN ABŞ və İsraili günahlandırdı
Mövcud vəziyyətin iqtisadi nəticələri birbaşa ABŞ və İsrailin ehtiyatsız hərəkətləri ilə bağlıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi müharibənin qlobal iqtisadiyyata təsirləri ilə bağlı açıqlama verib.
O, İran və ABŞ arasında mümkün danışıqlarla bağlı suallara cavab olaraq qeyd edib ki, bu prosesi ən yaxşı Omanın Xarici İşlər Nazirliyi izah edə bilər.
İran rəsmisi həmçinin enerji qiymətləri ilə bağlı narahatlıqlara toxunaraq bildirib ki, diqqət yalnız iqtisadi məsələlərə deyil, insan itkilərinə də yönəldilməlidir.
Bəqayinin sözlərinə görə, müharibə nəticəsində mülki əhali ciddi zərər görüb və xüsusilə Minab şəhərindəki hadisələr ağır nəticələrə səbəb olub.
19:34 25.03.2026
Oxunuş sayı: 58