Pezeşkian: Ərdoğanın mövqeyi təqdirəlayiqdir
İran prezidenti Məsud Pezeşkian türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın regiondakı hadisələrlə bağlı mövqeyini yüksək qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O, “X” sosial şəbəkəsində paylaşım edərək bildirib ki, Ərdoğanın müharibəni qızışdırmaqda ittiham etdiyi sionist rejimə qarşı sərgilədiyi qətiyyətli mövqe təqdirəlayiqdir.
Pezeşkian həmçinin Türkiyənin qardaş ölkə olduğunu vurğulayaraq, onun xalqının uzun illərdir İslam dünyasının istəkləri ilə həmrəylik nümayiş etdirdiyini qeyd edib.
İran prezidenti əlavə edib ki, bu yolun birlikdə davam etdiriləcəyinə inanır.
19:25 25.03.2026
Oxunuş sayı: 813