İran ABŞ nümayəndələri ilə görüşməkdən imtina edib
İran ABŞ prezidenti Donald Trampın elçiləri ilə danışıqlardan imtina edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Bildirilir ki, İran Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner ilə eyni masa arxasında əyləşmək istəmir.
Buna səbəb kimi fevralın 26-da Cenevrə şəhərində keçirilən üçüncü raund vasitəli danışıqlardan qısa müddət sonra ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlaması göstərilir.
Mənbələrin sözlərinə görə, Tehran bu addımı xəyanət kimi qiymətləndirir və həmin şəxslərlə əməkdaşlığı davam etdirmək niyyətində deyil.
18:55 25.03.2026
Oxunuş sayı: 45