Bloomberg: Türkiyə Körfəz ölkələrinin İranla müharibəyə girməsinin qarşısını almağa çalışır
Türkiyə Körfəz Ərəb monarxiyalarının ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına qoşulmasının qarşısını almaq üçün fəal şəkildə diplomatiya aparır.
Crossmedia.az bu barədə "Bloomberg"-ə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, Ankara regional tərəfdaşlarını təmkinli olmağa çağırır. Bu məqsədlə Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə bir sıra səfərlər edib, eləcə də digər regional həmkarları ilə telefon danışıqları aparıb.
Nəşr bildirib ki, ən nüfuzlu Körfəz dövlətləri, xüsusən də Səudiyyə Ərəbistanı və BƏƏ, İranın onların ərazisindəki enerji və nəqliyyat infrastrukturuna zərbələri ilə bağlı "səbrlərini itirirlər".
Lakin onlar yalnız İranın ən vacib enerji və su obyektlərinə hücum edəcəyi təqdirdə hərbi münaqişəyə girməyə hazırdırlar.
Çərşənbə axşamı günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara mövcud münaqişənin "regional ölkələr arasında müharibəyə çevrilməsini" istəmir.
18:30 25.03.2026
Oxunuş sayı: 131