Meta şirkətinə MİLYONLARLA DOLLAR CƏRİMƏ
"Meta" şirkəti platformalarında uşaqların təhlükəsizliyi ilə bağlı istifadəçiləri çaşdırdığı iddiası ilə açılan məhkəmə işində 375 milyon dollar təzminat ödəməyə məhkum edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ məhkəməsinin qərarına əsasən, şirkətin uşaqların cinsi istismardan qorunması ilə bağlı bəyanatlarının həqiqəti əks etdirmədiyi və bununla da istehlakçıların hüquqlarının pozulduğu müəyyən edilib.
Məhkəmə həmçinin qeyd edib ki, "Meta" uşaqlara qarşı cinsi istismar riskləri və bunun psixoloji təsirləri barədə malik olduğu məlumatların bir hissəsini gizlədib, yanlış açıqlamalar verib və kommersiya fəaliyyətində uşaqların həssaslığından istifadə edib.
Qərar "Facebook"və "İnstagram" platformalarının idarə olunması ilə bağlı təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
18:13 25.03.2026
Oxunuş sayı: 1046