Türkiyə və Böyük Britaniya hərbi-texniki müqavilə imzalayıb
Türkiyənin Milli Müdafiə naziri Yaşar Güler və Böyük Britaniyanın Müdafiə üzrə dövlət katibi Con Healey, Eurofighter Typhoon layihəsinin bir hissəsi olaraq təyyarələrin texniki və lojistik dəstəyi ilə bağlı müqavilə imzalayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Böyük Britaniyada rəsmi səfərdə olan türkiyəli nazirlə britaniyalı həmkarı arasında Londonda keçirilən görüşdə müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Bəyanatda "Eurofighter Typhoon" layihəsi çərçivəsində təyyarə, avadanlıq və sursatın satın alınması müqaviləsinin 2025-ci ilin oktyabr ayında imzalandığı təsdiqlənib.
Qeyd olunur ki, bu gün təyyarələrin texniki xidməti və istismarı sahəsində texniki və logistika dəstəyi müqaviləsinin imzalanması barədə razılıq əldə edilib.
Nəşrin məlumatına görə, tərəflər gələcəkdə əməkdaşlığı daha da gücləndirməyə hazır olduqlarını bildiriblər.
18:06 25.03.2026
Oxunuş sayı: 62