İran: ABŞ-lə danışıqlar yalnız öz təşəbbüsümüzlə mümkündür
Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığının sözçüsü İbrahim Zülfəkari ABŞ-lə danışıqların yalnız Tehranın təşəbbüsü ilə baş tuta biləcəyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, Vaşinqtona sərt mesaj göndərərək qeyd edib ki, İran xalqına qarşı düşmən mövqedən əl çəkilmədiyi təqdirdə heç bir dialoq mümkün deyil:
“Bu fikir çirkli zehninizdən tamamilə silinməlidir. İlk gündən mövqeyimiz dəyişməyib, bizim kimi insanlar sizin kimilərlə heç vaxt danışıqlar aparmayacaqlar.”
Qeyd edək ki, daha əvvəl Ağ Evin mətbuat katibi Kerolin Livitt ABŞ-nin İranla əlaqə saxladığı dövrdə belə ona qarşı hərbi əməliyyatların miqyasını azaltmayacağını açıqlamışdı.
17:52 25.03.2026
Oxunuş sayı: 1437