Ermənistan seçkiləri öncəsi Qərbdən dəstək alır
Avropa İttifaqı Rusiyanın hibrid təhdidlərinə qarşı mübarizə məqsədilə Ermənistana sürətli reaksiya qrupu göndərmək qərarına gəlib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Missiyanın Yerevanın rəsmi müraciəti əsasında, qarşıdan gələn seçkilər öncəsi dəstək göstərmək üçün həyata keçiriləcəyi bildirilib.
Bu addım Ermənistanın son dövrlərdə Qərblə əlaqələrini gücləndirməsi fonunda atılıb. Qərar, eyni zamanda, regionda Aİ-nin artan təsirini vurğulayır.
Məlumata görə, təşəbbüs Rusiyada narahatlıqla qarşılanıb və Moskva bu prosesi diqqətlə izləyir
17:37 25.03.2026
Oxunuş sayı: 44