ABŞ və İsrailin İran rəsmiləri ilə bağlı gizli razılaşması iddia olunur
İddialara görə, İsrail və ABŞ İranın xarici işlər naziri Abbas Əraqçı və parlament sədri Məhəmməd Baqır Qalibaf üçün müvəqqəti təhlükəsizlik zəmanətləri təqdim edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata əsasən, “müvəqqəti toxunulmazlıq” kimi xarakterizə olunan bu tədbirin ən azı 5 gün müddətində qüvvədə olacağı bildirilir. Qeyd olunur ki, bu addım İran rəhbərliyinin nümayəndələri ilə birbaşa və ya dolayı danışıqları asanlaşdırmaq məqsədi daşıyır.
Bununla belə, qeyd olunan məlumat hələlik nə ABŞ, nə İsrail, nə də İran rəsmiləri tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
14:40 25.03.2026
Oxunuş sayı: 264