Ermənistanda 44 günlük müharibə ilə bağlı etiraz aksiyası keçirilib
Bu gün Ermənistan parlamentinin qarşısında etiraz aksiyası keçirilib.
İştirakçılar 44 günlük müharibənin hallarını araşdıran istintaq komissiyasının hesabatının dərc olunmasını tələb edirlər.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Xatırladaq ki, 44 günlük müharibənin hallarını araşdıran istintaq komissiyası öz işini 2025-ci ilin sentyabrında başa vurdu və hesabatını Milli Məclisin sədrinə təqdim etdi.
Lakin hesabat nə sentyabrın 30-da, nə də ertəsi gün keçirilən plenar iclasda dərc olunmayıb.
Parlament sədri Alen Simonyanın qeyd edib ki, hesabatın plenar iclasın gündəliyinə daxil edilməsi üçün heç bir hüquqi əsas yoxdur.
Etirazın arxasında duran təşəbbüs qrupu iddia edir ki, Milli Məclis hesabatı dərc etməyə borcludur.
Çünki bu, çoxdan gözlənilən sənəddir.
Vergi ödəyiciləri tərəfindən geniş maliyyələşdirilən bir işdir və bu iş diqqətdən kənarda qalmamalıdır.
Bu vəziyyət ilk növbədə itkin düşmüş və həlak olmuş əsgərlərin qohumları və müharibə iştirakçıları arasında ictimai narazılığa səbəb olub.
20:58 24.03.2026
Oxunuş sayı: 50